Xəbərlər
-
02.02.2011
Müsabiqənin nəticəsi bəlli oldu
SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası 2 fevral Gənclər gününə həsr edilmiş konfrans keçirib.
Konfransda 2 ildən artıqdır ki, fəaliyyət göstərən Gənclərin Güvənc Körpüsü layihəsinin işi ilə bağlı hesabat verilib, görülmüş işlər, əldə edilmiş nailiyyətlər və alternativ qayğını (internatları, uşaq evlərini, SOS uşaq kəndlərini) tərketmə mərhələsində olan gənclərin müstəqil həyata başlarkən qarşılaşdıqları maneələrdən bəhs olunub. Tədbirdə həmçinin, şəbəkə üzvləri olan gənclər arasında keçirilmiş məqalə müsabiqəsinin nəticələri elan olunub, qaliblərə mükafatlar təqdim edilib. Müsabiqədə 4 yazı fərqləndirilib. Onlardan üçü əsas, biri isə həvəsləndirici yer olub. Birinci yerə Nicat Qarayev layiq görülüb. Digər yerləri Yadigar Hüseynov və Mehri Yolbarsova bölüşdürüblər. Sonuncu həvəsləndirici yerin sahibi isə Raminina Ramina olub.
-
28.01.2011
Gənclərin Güvənc Körpüsü
Yanvarın 16 da Azərbaycan Media Mərkəzində SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının gənclərlə bağlı layihələrindən biri olan Gənclərin Güvənc Körpüsü şəbəkəsinin üzvləri üçün təlim keçirildi. Bir günlük təlim müddətində alternativ qayğını: internatları, uşaq evlərini, həmçinin SOS Uşaq Kəndlərini tərk etmiş vəya tərketmə mərhələsində olan gənclər şəbəkəsinin 25 nəfər üzvü məqalə müsabiqəsinə qatılmaq üçün istiqamətləndirildilər. Məqalə müsabiqəsi Gənclər günü münasibətilə fevralın 1-də keçiriləcək konfrans çərçivəsində gerçəkləşdirilir. Konfransda 2 ildən artıqdır ki, fəaliyyət göstərən Gənclərin Güvənc Körpüsü layihəsinin işi ilə bağlı hesabat veriləcək, görülmüş işlər, əldə edilmiş nailiyyətlər və mövcud maneələrdən bəhs ediləcək, həmçinin məqalə müsabiqəsinin qaliblərinə mükafatlar təqdim ediləcək.
















