BİZ KİMİK
KÖKLƏRİMİZ- Biz kimik?
Müstəqil, qeyri hökumət ictimai inkişaf təşkilatı olaraq biz, uşaqlar üçün çalışırıq. Müxtəlif din və mədəniyyətlərə hörmətlə yanaşırıq. BMT-nin Uşaq Haqqları Konvensiyası ruhunda işləyirik. Özünün SOS Uşaq Kəndi Konsepsiyası ilə təşkilatımız, kimsəsiz və atılmış uşaqlara ailə əsaslı yanaşma, uzunmüddətli qayğı işinin pioneridir.
BAXIŞIMIZ- Biz dünyanın bütün uşaqları üçün nə istəyirik?
Hər uşaq ailəyə məxsusdur və sevgi, hörmət, təhlükəsizlik mühitində böyüməlidir
MİSSİYAMIZ- Biz nə edirik?
Biz ehtiyacı olan uşaqlara ailələr yaradır, onlara öz gələcəklərini formalaşdırmaqda köməklik göstərir, onların icmalarının inkişafında iştirak edirik.
DƏYƏRLƏRİMİZ –Bizi güclü saxlayan nədir?
Ruh yüksəkliyi: Biz tədbir görürük
Ohdəliyimiz: Vədlərimizə əməl edirik
Etibar: Bir-birimizə etibar edirik
Məsuliyyət: Biz etibarlı tərəfdaşıq
Bizim missiyamız valideyn himayəsindən məhrum uşaqlar üçün ailələr yaratmaq, onların öz gələcəklərini formalaşdırmalarında kömək etməkdir.
Biz valideyn himayəsindən məhrum olmuş uşaqların ailə daxilində uzunmüddətli münasibətlər qurmalarına şərait yaradırıq.
Biz uşaqlara öz mədəniyyətlərinə və dini əqidələrinə uyğun yaşayaraq cəmiyyətin fəal üzvləri kimi formalaşmaqda kömək edirik.
Fərdi qabiliyyətlərini, maraq və istedadlarını üzə çıxarmağa, müxtəlif uğurlara və nailiyyətlərə imza atmalarına, cəmiyyətdə özlərini ifadə etmələrinə yol göstərir və köməklik edirik.
Biz ailələri möhkəmləndirmək və uşaqların atılma riskinin qarşısını almaq məqsədilə proqramlar hazırlayırıq.
Biz uşaqlarımıza ailə əsaslı qayğı göstəririk.
Ailə əsaslı qayğı modeli 4 əsas prinsipdən ibarətdir:
- Ana
- Bacı və qardaşlar
- Ev
- Uşaq Kəndi
















