Könüllülər üçün

Hörmətli namizədlər!

Bizim təşkilatımız könüllü olmaq istəyən şəxslərə özlərini sınamaq və təşkilatımızın xeyirxah işinə öz töhfəsini vermək üçün geniş imkanlar yaradır. Təşkilatımızın layihələri ilə ətraflı saytımızda tanış ola bilərsiniz.

Bizdə könüllü olmaq Sizə nə verəcək?

  • praktiki təcrübə
  • sertifikat
  • tövsiyə məktubu
  • işçi məlumat bazasında qeydiyyat

Təşkilatımız daxilində aşağıdakı sahələrdə könüllülərin dəstəyinə ehtiyac var:

  • Repetitorluq (müxtəlif məktəb fənnləri üzrə)
  • Uşaqların asudə vaxtının təşkili (ekskursiyalar, dərnəklər)
  • Müxtəlif mövzularda treninqlərin keçirilməsi, o cümlədən,

o Uşaq hüquqları
o Sağlam həyat tərzi və həyati biliklər
o Psixoloji treninqlər (ünsiyyət bacarıqları, liderlik, münaqişələrin həlli...) və s.

  • Təşkilatı işlər
  • Fandreyzinq (sponsorluq) və PR kampaniyalarda dəstək

Əsas meyarlar:

  • Hər hansı sahədə tamamlanmış və ya natamam ali təhsil
  • Yüksək motivasiya
  • Kreativlik
  • Çalışqanlıq

Üstünlük verilən meyarlar:

  • Sosial iş, psixologiya, pedaqoqika sahəsində tamam və ya natamam ali təhsil
  • Iş və ya könüllülük təcrübəsi, xüsusilə də humanitar sektorda
  • Sosial iş haqda məlumatlılıq
  • İngilis dili biliyi
  • Kompüter biliyi

Əgər bizim təşkilatda könüllü olmaq istəyirsinzsə, ərizə formasını doldurub Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. e-mailinə göndərmənizi xahiş edirik.

SUBJECT qrafasında Volunteer yazmağı unutmayın.