Bakı SOS Uşaq Bağçası
Bakı SOS Uşaq Bağçası Uşaq Kəndində yaşayan uşaqlar və eyni zamanda paytaxtın balaca sakinləri üçün nəzərdə tutulub. Hədəf qrupu 3-6 yaşlı uşaqlar olan bağça 4 qrupda 95 uşağa xidmət göstərir. Bağçada Təhsil Nazirliyinin tədris planından başqa, 2003-cü ildən etibarən “Addım-Addım” texnologiyası da tətbiq edilir. Bağçanın texniki bazasının və peşəkar pedoqoji məsləhətçi heyətinin olması onun digər uşaq baxçaları ilə rəqabət apara biləcək gücdə olmasından xəbər verir. Bağçada uşaqlar dörd dəfə yeməklə təmin olunur, günorta yeməyindən sonra istirahət edirlər. Baxçada həmçinin ingilis dili məşğələləri və rəqs dərsləri də keçirlər.
Hazırda Bakı kəndində baxça yaşlı uşaq olmadığından burda imkansız ailələrin uşaqları təhsil alacaqlar. Həmin uşaqlar digər sosial layihə-Ailələrə dəstək layihəsindən dəstək alan ailələrin uşaqlarıdırlar.
















