Bakı SOS Uşaq Kəndi

bakiSOSusaqKendi

Bakı SOS Uşaq Kəndi Bakının cənub-şərqində, Əhmədli qəsəbəsində yerləşir. 14 Ailə evindən, Uşaq baxçasından və digər 6 inzibati binadan ibarət Uşaq Kəndindən Xəzər dənizinə gözəl mənzərə açılır.

Bakı SOS Uşaq Kəndi Assosiasiyanın ilk layihəsidir.  İlk evin tikintisinə hələ 1999-cu ilin oktyabrında başlanmış, 2000-ci ilin oktyabrında isə kəndin tikintisi başa çatmısdır. Evin ilk iki balaca sakini isə Gəncədəki Uşaq Evindən Bakı SOS Uşaq Kəndinə qəbul olunmuşdur. Uşaq Kəndinin fəaliyyətə başlamasından 1 ay sonra - 2000-ci ilin noyabrın 2-də cənab Heydər Əliyev Kəndə səfər edir və Kənd sakinlərinə - ana və uşaqlara öz xeyir-duasını verir. Kəndin açılış mərasimi də məhz bu zaman - 2001-ci ilin 27 iyun tarixində baş tutur. Həmin gün SOS Kinderdorf İnternational təşkilatının prezidenti Helmut Kutin cənab Heydər Əliyev tərəfindən  Dövlət mükafatı - "Şöhrət" ordeni ilə təltif edilir.

Hal-hazırda burada  73 uşaq məskunlaşıb. Uşaqlar öz təhsillərini müxtəlif məktəblərdə davam etdirirlər.