Bakıdakı ailələrə dəstək layihəsi

1. Məqsəd:

Layihənin əsas məqsədi uşaq müəssisələrinə atılmaq riski altında olan uşaqların öz bioloji və himayədar ailələrində yaşamaları istiqamətində onlara və ailələrinə maddi, mənəvi, hüquqi, sosial, psixoloji, təhsil və sağlamlıq problemlərinin həlli istiqamətində dəstək  vermək, ailənin bütövlüyünü qorumaq və cəmiyyəti bu işdə səfərbər etməkdir. BMT-nin Uşaq Hüquqları Konvensiyasını öz işində əsas tutan layihə uşaqların ən vacib hüquqlarından birinin – uşağın öz bioloji ailəsində yaşamaq hüququnun həyata keçməsini təmin edir.

2. Hədəf Qrupu: 

  • Valideynləri uşaq müəssisələrindən olan uşaqlar;
  • Uşaq müəssisələrindən ailələrə qaytarılmış uşaqlar;
  • Bioloji valideynləri ilə yaşamayan uşaqlar
  • Aztəminatlı ailələr  
  • Yeniyetmə və gənc analar;
  • Çoxuşaqlı ailələr (3+...) ;
  • Tənha valideynli uşaqlar 

3. Xidmətlər:

  • Təhsil/ Maarifləndirmə dəstəyi: (məktəb ləvazimatları, kitab və formaların alınması, məktəbəqədər tədrisin təşkil olunması,məktəbli uşaqlar üçün dərnək və təlimlərin təşkil olunması, tədrisin gücləndirilməsinə yönəldilmiş tədbirlərinin keçirilməsi);
  • Hüquqi dəstək: (hüquqi məsləhətlərin və hüquqi təmsilçiliyin  təşkil olunması, uşaq hüquqları ilə bağlı təlimlərin keçirilməsi);
  • Sağlamlıq dəstəyi: (dərman vasitələrinin alınması, tibbi müayinələrin təşkil olunması, tibbi müalicə və cərrahi müdaxilələrin təşkil olunması);
  • Psixo-sosial dəstək: (psixoloji məsləhətlərin, ailə və qrup terapiyasının keçirilməsi, psixo-sosial təlimlərin təşkil olunması,mədəni fəaliyyətlərin təşkil olunması)
  • Maddi dəstək : (ərzaq, geyim və gigiyenik vasitələrin verilməsi, ev təsərrüfatı vasitələrinin təmin edilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması);
  • İqtisadi dəstək: (texniki-peşə təlimlərinin təşkil olunması, iş tapmaqda himayədarlara dəstək göstərilməsi, himayədarlar üçün peşə alətlərinin alınmasının təşkil olunması);

4. Əməkdaşlar:

  • İcra Hakimiyyətləri və Bələdiyyələr
  • Dövlət Səhiyyə və Təhsil müəssisələri
  • Dövlət Sosial Təminat idarələri
  • Dövlət Məşğulluq idarələri
  • Modern Hospital Tibb Mərkəzi
  • Qadın Krizis Mərkəzi
  • Uşaq Hüquqları Klinikası