Gəncədəki ailələrə dəstək layihəsi

1. Məqsəd:

Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmağın qarşısını almaq, BMT-nin “Uşaq hüquqlarına dair” əsasnaməsinə əsaslanaraq uşaqların pozulmuş hüquqlarını bərpa etmək və atılma riski altında olan uşaqların öz bioloji ailələrində sağlam mühitdə yaşamalarını təmin etmək, imkansız ailələrə dəstək göstərməkdən ibarətdir.

2. Hədəf Qrupu:

  • Uşaq müəssisələrində yaşayan uşaqlar;
  • Tənha valideynlərlə yaşayan uşaqlar (azyaşlı analar daxil olmaqla);
  • Aztəminatlı və ya gəliri olmayan ailələr;
  • Qəyyumlarla yaşayan uşaqlar.

  • 3. Xidmətlər:

  • Təhsil (Layihə uşaqları Mərkəzdə təşkil edilən ingilis dili,  riyaziyyat və kompüter kurslarından faydalanırlar);
  • Hüquqi (Layihə müştəriləri əməkdaş təşkilat tərəfindən təşkil edilən təmənnasız hüquqi yardım xidmətindən bəhrələnirlər);
  • Tibbi (lazımi dərmanlar, cərrahiyə əməliyyatları və müntəzəm tibbi müayinə ilə Layihə müştəriləri təmin edilirlər);
  • Psixo-sosial (sosial məsləhət, fərdi və qrup terapiyası ilə Layihə müştəriləri təmin edilirlər);
  • Maddi dəstək (bərbad vəziyyətdə olan ailələr ərzaq və gigiyenik ləvazimatlarla təmin edilirlər);

Peşə kursları (həm valideynlər həm də uşaqlar Layihənin əməkdaş təşkilatları tərəfindən təmənnasız təşkil edilən peşə kurslarından faydalanırlar).

4. Əməkdaşlar:

  • Gəncə şəhər İcra Hakimiyyəti, Şəhər Təhsil və Səhiyyə şöbələri, Məşğulluq Mərkəzi, Əhalinin Sosial Müdafiə Mərkəzi, VVADQ İdarəsi, polis şöbəsinin azyaşlılarla iş üzrə bölməsi.
  • Dövlət poliklinikaları;
  • Mərkəzi Asiya Araşdırma & İnkişaf Mərkəzi (MAAİM);
  • İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi (AİİATRM);
  • “Gənc Liderlər” Gənclər İctimai Birliyi;
  • Gəncə Beynəlxalq Məktəbi (GBM);
  • “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi;
  • “UAFA” təşkilatı;
    picGanja2              picGanja1              picGanja3