Gənclərin Güvənc Körpüsü Şəbəkəsi layihəsi
2009-ci ildən “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Ictimai Vəkillik sahəsində “Qayğını tərketmə” kampaniyasını həyata keçirir. Kampaniyanın məqsədi alternativ qayğıda olan gənc insanların qayğını tərk etmək üçün müvafiq hazırlıqla təmin edilməsi və qayğını tərk etdikdən sonra öz fərdi ehtiyaclarına uyğun yardım əldə etmək imkanına nail olmasıdır. Biz yalnız SOS Uşaq Kəndlərində tərbiyə alan gəncləri deyil, qayğını tərk edən bütün gəncləri hədəf qrupuna aid edirik.
Kampaniya çərçivəsində üç istiqamət üzrə fəaliyyət həyata keçirilməkdədir:
- İctimai məlumatlılığın artırılması
- Gənclərin iştirakı
- Qanunvericiliyin təkmilləşdirilməsi
Gənclərin Güvənc Körpüsü Şəbəkəsi 2009-cu ildə həmin kampaniya çərçivəsində gənclərin iştirakını təmin etmək üçün yaradılmışdır. Şəbəkənin yaradılmasının əsas məqsədi qayğını tərketmə anlayışı və müstəqil həyata hazırlıq prosesini inkişaf etdirmək, gənclər arasnda qeyri-formal əlaqənin qurulması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, gəncləri əlaqələndirməklə yanaşı onların problemlərinin həlli istiqamətində mühüm addımlar atmaqdır. Elə 2009-cu ilin aprel ayında “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından “Dövlət uşağa qayğı müəssisələrini tərk etməkdə olan və tərk etmiş gənclər üçün “Resurs mərkəzinin” yaradılması adlı layihə üçün maliyyə yardımı almışdır. Bu layihənin nəticəsi olaraq “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının nəzdində GGK Şəbəkəsinin üzvləri üçün Resurs Mərkəzi yaradılmışdır və hal-hazırda Şəbəkə Azərbaycanda alternativi olmayan bir layihə kimi fəaliyyətini davam etdirir.
Hal-hazırda GGK Şəbəkəsinin 96 üzvü vardır. Şəbəkəni gəncləri üçün aşağıdakı xidmətlər göstərilir:
- Resurs Mərkəzinin texniki imkanlarında istifadə imkanı
- Peşə və ixisas artıran kursların təşkili
- Fərdi və professional bacarıların inkişaf etdirmək üçün fəaliyyətlərin keçirilməsi (təlimlərdə, maraqlı tərəflərlə görüşlərdə və başqa tədbirlərdə iştirak)
- Hüquqi və psixoloji dəstək
- Səhiyyə, işsizlik və təhsil problemlərinin həllində vasitəcilik
Şəbəkə bu günə kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən kiçik grantlar almışdır
















