"Şən Avtobus" layihəsi

“Şən avtobus” layihəsi 2005-2006-cı illərdə “BP-Şahdəniz” şirkətinin sponsorluğu ilə fəaliyyətə başlayıb. Müxtəlif zəngin məlumatlarla, şən və düşündürücü oyunlarla rəngarəng olan və eyni zamanda, bu oyunları istənilən məkanda həyata keçirən “Şən avtobus” komanda heyəti tərəfindən idarə olunan mikroavtobusdur. “Şən avtobus” istənilən məkana hərəkət edərək ehtiyacı olan bütün uşaqlara köməklik göstərməkdədir. Layihənin məqsədi uşaqları oyunlar vasitəsilə öyrətmək və onları maarifləndirməkdir. Erkən yaşlarından cinsi tərbiyənin, uşaq hüquqlarının, HİV/AİDS-in qarşısının alınmasını, alkoqolizmin, narkomaniyanın zərərlərini və bu kimi digər mövzular ətrafında lazımlı məlumatların uşaqlara doğru şəkildə çatdırılması “Şən avtobus” heyətinin üzərinə düşən vacib öhdəliklərdən biridir. Məktəblər, uşaq bağçaları, internat məktəbləri, uşaq müəssisələri, parklar, oyun meydançaları “Şən avtobus” layihəsinin balaca dostlarla görüş yeridir. 

Hazırda layihəyə  Nokia Mobitel şirkəti sponsorluq edir.