Qısa müddətli qayğı
Layihənin əsas məqsədi böhran vəziyyətdə yaşayan uşaqlara qayğı və müvəqqəti sığıncaq yerin verilməsi, ehtiyacı olan uşaqlar üçün təhlükəsiz və tərbiyəvi mühütin yaradılması və SOS Azərbaycan Assosiasiyanın yerli İcra Hakimiyyəti ilə birgə uşaq hüqüqların qorunmasını təmin etmək.
2. Qalmaq müddəti
Qısa Müddətli Sığınacaqda qalma müddəti uşaqların fərdi inkişaf planına əsasən 1 – 12 ay daxilində müəyyən edilir
3. Uşaqların sayı
Eyni zamanda Qısa Müddətli Sığınacaqda yaşayan uşaqların sayı 8-dən çox ola bilməz
4. Hədəf Qrupu:
1. 13-14 yaşında olan uşaqlar
2. Yararsız social şəraitdə yaşayan Ailələrə Dəstək layihənin benefisiarları / ailənin tam funksional olmayan hallarda/ailədə yaşayan uşaqlar təhlükə altında olan vəziyyətdə (xüsusi hallarda, məs ana uyğun yaşayışın axtarış müddətində uşaq sığınacaqda qala bilər və ya valideynlərin narkotik/alkoqol vasitələrin istifadəsi ilə əlaqədar uşağın təhlükə altında qalması halda )
3. Valideynləri istintaq altında olan uşaqlar (qəyyumluq məsələsi həll olunana qədər)
4. Valideynləri müalicə altında və ya xəstəxanada olan uşaqlar
5. İtmiş uşaqlar (uşağın şəxsiyyətini müəyyən edilmə və valideynin tapılması müddətində )
6. Qəflətən valideynlərinin itirən uşaqlar (ölüm və ya qəza səbəbindən). Hər iki valideynin ölüm zamanı , ailə üzvləri arasında müvafiq qəyyumun müəyyən edilməsinə kimi uşaq sığınacaqda qala bilər.
5. Qısa Müddətli Sığınacaq və müvafiq dövlət qurumları arasında olan əməkdaşlıq:
Əməkdaşlıq aşağıda qeyd olunan istiqamətlər üzərində qurulur:
1. Təhsil
Təhsil, lazımı təhsil vəsait və avadanlıqla təmin olunması
2. Səhiyyə
Bütün dövlət tibb müəssisələrində tibbi müəlicə və profilaktikanın təmin edilməsi
3. Uşaq hüquqlarının müdafiəsi
Hüquqi şəxslər, qəyyum və müvafiq dövlət orqanları , məhkəmə, prokurorluq, yerli bələdiyyə, ictimai təşkilat və həmkarlar ittifaqı ilə əməkdaşlığın quruması . Bu istiqamətdə təlim, məsləhətləşmə, dəyirmi masa, təcrübə mübadilələrin keçirilməsi, uşaq hüquqqları , uşaq müdafiə və de-institutlaşma ətrafında müzakirələrin təşkil olunması nəzərdə tutulur.
4. Social və hüquqi dəstək
Uşağa məhsus olan mübahisəli mülkiyyət və social paket barədə təhlilin aparılması.
















