Gənclərin Güvənc Körpüsü

There are no translations available.

Yanvarın 16 da Azərbaycan Media Mərkəzində SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının gənclərlə bağlı layihələrindən biri olan Gənclərin Güvənc Körpüsü şəbəkəsinin üzvləri üçün təlim keçirildi. Bir günlük təlim müddətində alternativ qayğını: internatları, uşaq evlərini, həmçinin SOS Uşaq Kəndlərini tərk etmiş vəya tərketmə mərhələsində olan gənclər şəbəkəsinin 25 nəfər üzvü məqalə müsabiqəsinə qatılmaq üçün istiqamətləndirildilər. Məqalə müsabiqəsi  Gənclər günü münasibətilə  fevralın 1-də keçiriləcək konfrans çərçivəsində gerçəkləşdirilir. Konfransda 2 ildən artıqdır ki, fəaliyyət göstərən Gənclərin Güvənc Körpüsü layihəsinin işi ilə bağlı hesabat veriləcək, görülmüş işlər, əldə edilmiş nailiyyətlər və mövcud maneələrdən bəhs ediləcək, həmçinin məqalə müsabiqəsinin qaliblərinə mükafatlar təqdim ediləcək.

Qalibləri bir sıra aparıcı KİV-ləri təmsil edən tanınmış jurnalistlərdən ibarət münsiflər heyəti müəyyən edəcək.  Münsiflər heyətinin üzvləri sırasında  tanınmış  jurnalistlər Sevinc Telmanqızı, Aynur Elgünəş, Gülnaz Qəmbərova, Elnur Baimov, Seymur Kazımov, İlhamiyyə Rzayeva, uşaq hüquqları üzrə mütəxəssis Nazir Quliyev  var.
Təlim zamanı layihənin rəhbəri, SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının ictimai vəkillik üzrə mütəxəssisi Günel Səfərova gənclərin real imkan və problemlərinin öyrənilməsinin zəruriliyindən danışdı. Qeyd etdi ki, gənclər öz problemlərini özləri  tanımalı və səsləndirməlidirlər ki, gələcəkdə özlərinin ictimai vəkillərinə çevrilə bilsinlər,  öz problemlərini özləri həll etməyi öyrənsinlər. Uşaq Hüquqlqrı Klinikasının rəhbəri Nazir Quliyev qayğını tərk etmiş gənclərlə işin qanunvericilik səviyyəsində durumundan danışdı. Sonra SOS Uşaq Kəndləri Milli Assosiasiyasının PR işləri üzrə mütəxəssisi İlhamiyyə Rzayeva müsabiqənin şərtləri ülə iştirakçıları tanış etdi. Qalib məqalələrin sonradan mətbuatda çapolunma imkanlarını da onlara söyləməklə iştirakçıları xüsusilə həvəsləndirdi. Daha sonra isə Media Mərkəzinin layihələr üzrə koordinatoru Seymur Kazımov məqalə yazmağın sirlərini, ən əsas şərtlərini gənclərə izah etdi.
Beləliklə, fevralın 1-də keçiriləcək böyük bir tədbirin-konfransın işinə start verildi.
Gənclərin Güvənc Körpüsü bundan sonra da  ətrafına belə həssas qrupdan  olan  daha  çox gənci toplamaq, onlara müstəqil həyatda öz yerlərini tutmaqda yardımçı olmaq niyyətindədir.